“Crocus City Hall”da terror anının daha bir dəhşətli görüntüsü: “Ora dalandır! Aşağı qaçaq” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror zamanı baş verənlərlə bağlı yeni görüntülər yayılmaqda davam edir.
BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, kadrların birində atışmanın yeni başladığı vaxt zaldan möcüzəvi şəkildə sağ-salamat qaçmağı bacaran insanlar əks olunub.
Videoda onların oturacaqların arxasında gizlənərək süründükləri, sonra qaçmağa çalışarkən bağlı qapılarla üzləşdikləri görünür.
Bu vaxt onlardan birinin: “Ora dalandır! Aşağı qaçaq”, - dediyi eşidilir.
Nəhayət onlar küçəyə çıxışı tapa bilirlər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...