Cosef Aun: Siyasi cəsarət səmimi iradə ilə birləşdikdə münaqişəni fürsətə çevirmək mümkündür
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevi Ermənistan və Azərbaycan arasındakı sülh təşəbbüsünün eyni mükafata layiq görülməsi münasibətilə təbrik etməkdən şərəf duyuram.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Livan Respublikasının Prezidenti Cosef Aun "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına ünvanladığı təbrik videomüraciətində deyib.
"Bu mükafat iki ölkə arasında uzunsürən münaqişəyə son qoyan və region xalqlarının daha təhlükəsiz gələcəyi üçün yeni sabitlik səhifəsi açan tarixi sülh sazişinin yüksək qiymətləndirilməsidir. Bu nailiyyət bir daha sübut edir ki, siyasi cəsarət səmimi iradə ilə birləşdikdə münaqişəni fürsətə, sülhü isə daimi seçimə çevirmək mümkündür", - o qeyd edib.
Oxşar xəbərlər
Pakistanın baş naziri: "İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır"
"Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı...