COP29-da iştirak edəcək qonaqların yerləşdirilməsi üçün onlayn platforma hazırlanıb
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək qonaqlara bu gündən etibarən vahid onlayn rezervasiya sistemindən yararlanmağa imkan yaradılıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova agentlik tərəfindən COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, rezervasiya sistemi əvvəlki COP tədbirlərində tərəfdaş olan beynəlxalq şirkət tərəfindən hazırlanıb:
"Hazırda sistemə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən 100-dən çox ulduz təsnifatlı hotellər, bir sıra yerləşmə kompleksləri daxildir. Yerləşmə obyektlərinə qiymətlərin təyin olmasında sahibkarlar müstəqil qərar veriblər".
Qeyd edək ki, vahid onlayn rezervasiya sistemi bu gün saat 17:00-da işlək vəziyyətdə olacaq.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...