COP29 çərçivəsində Azərbaycan universitetlərinin birgə assosiasiyası yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
COP29 çərçivəsində Azərbaycan universitetlərinin birgə assosiasiyası yaradılacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə ADA Universitetində "Su və gender bərabərliyi" mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, bəzi hesabatlara görə Azərbaycan su ehtiyatlarının azalması və əhali üçün yaranan risklər baxımından risk qrupuna daxil olan ölkələr sırasındadır.
F. İsmayılzadə su problemlərinin həlli istiqamətində universitetlərin rolunun vacibliyini vurğulayaraq ali təhsil müəssisələrinin birgə fəaliyyətinə diqqət çəkib: "İqlimlə bağlı mövzularda universitetlər birgə çalışaraq resurslarını bölüşəcək, birgə tədqiqatlar aparacaq"
Oxşar xəbərlər
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisin gündəliyinə daxil edilib. BAKU.WS xəbər verir ki, məsələ oktyabrın 30-da parlamentin İnsan hüquq...