"Coldplay"in konsertində kuryoz hadisə - FOTO
Məşhur rok qrupu "Coldplay"in Yunanıstandakı konserti zamanı xoşagəlməz hal yaşanıb.
BAKU.WS xəbər verir ki, İsrail bayrağı ilə səhnəyə çıxmaq istəyən şəxs səhnədən yıxılaraq düşüb.
Kris Martinin solisti olduğu qrup hadisədən dərhal sonra konserti dayandırıb.
Martin və gitaraçı Conni Baklənd səhnənin önünə qaçaraq yıxılan adamın kimliyini müəyyənləşdirməyə çalışıblar.
Onun israilli komediyaçı Qay Hoxmen olduğu ortaya çıxıb. O konsertdən sonra bayraqla çəkilən bir fotosunu sosial şəbəkədə paylaşaraq bildirib ki, yıxılanda az qala qabırğa sümüyü sınırmış.
Onun israilli olduğunu görən bir çox konsert iştirakçısı Qəzzadakı əsirlərin buraxılması ilə bağlı şüarlar səsləndiriblər.
Qalereya
Oxşar xəbərlər
Konsertdə FACİƏ - Gənc qız iflic oldu - FOTO
Avstraliyalı musiqi qrupu "Trophy Eyes"un konsertində bədbəxt hadisə yaşanıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, konsert zamanı qrupun solisti Con...