Cinayət Məcəlləsində yeni maddə: Qanunu pozanları 15 ilədək HƏBS GÖZLƏYİR
Prezident İlham Əliyev Cinayət Məcəlləsinə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması dəyişikliyi təsdiqləyib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sənədi təsdiqləyib.
Dəyişikliyə əsasən, Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250; № 7, maddə 772) aşağıdakı dəyişikliklər edilib:
1. 99-4.5-ci maddəyə "Məcəllənin" sözündən sonra "104-1," rəqəmləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 104-1-ci maddə əlavə edilsin:
"Maddə 104-1. Ekosid
Sənədə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda - on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Oxşar xəbərlər
Hikmət Hacıyev: Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib
Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib, onlardan 72-si həlak olub, 349-u ağır yaralanıb. BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidentinin kömə...