Çin Xalq Respublikasının Sədri İlham Əliyevi təbrik edib
Çin Xalq Respublikasının Sədri Si Cinpindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı ifadə etməkdən şərəf duyuram.
Siz keçən ay Çində uğurlu dövlət səfərində oldunuz və biz birlikdə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını elan etdik, bununla da ikitərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlər açdıq, yeni vəzifələr müəyyənləşdirdik.
Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və çoxvektorlu qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsi, ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksəlməsi, Çin və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimizin inkişafına dəstək verilməsi üzrə Sizinlə birgə səylər göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycana tərəqqi və qüdrət, onun xalqına isə xoşbəxtlik və əmin-amanlıq arzulayıram".
Oxşar xəbərlər
Daxmada yaşayan ata və beş azyaşlı övladına müavinət təyin edildi
Bir neçə gün əvvəl Gəncə şəhəri Azərbaycan bayrağı küçəsində yaşayan Urfan Qasımov Baku TV-yə müraciət edib. Vətəndaş müraciətində bildirib ki, anası tərəfindən...