Çin Kommunist Partiyasının nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Çin Kommunist Partiyası Mərkəzi (ÇKP) Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonun rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə ölkəmizə səfərə gəlib.
Səfər çərçivəsində aprelin 2-də YAP-ın nümayəndələri və ÇKP-nin nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Qalereya
Oxşar xəbərlər
"Haber Global": "İlham Əliyev bu gün Türk dünyasının yüksəliş dövrü yaşadığını bəyan edib"
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) həmrəylik forumunun işti...