Çin agentliyi Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən yazıb

Çin agentliyi Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən yazıb
Siyasət 41

Çinin "Xinxua" agentliyinin ingilisdilli bölməsi Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən yazıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, yazı "Azərbaycan Prezidenti Çinlə hərtərəfli strateji tərəfdaşlığı yüksək qiymətləndirib" başlığı ilə dərc edilib.

"Azərbaycan Prezidenti bazar ertəsi yerli televiziya kanallarına verdiyi müsahibədə bildirib ki, 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlığın qurulması Çinlə iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə gücləndirib, biznes və dövlət qurumlarının təmaslarını artırmaq üçün güclü təkan verib", - deyə materialda bildirilib.

Qeyd olunub ki Azərbaycan Prezident həmçinin Çin şirkətlərinin ölkədə günəş və külək elektrik stansiyalarının tikintisində fəal iştirak etdiklərini, Çin avtomobil istehsalçılarının iştirakı ilə elektrik avtobuslarının yığıması layihəsinin artıq başladığını vurğulayıb.

"Biz təkcə yaşıl energetikanı deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik. Bu seçim həmçinin artıq qeyd etdiyim razılaşmaların nəticəsi idi və təbii ki, layihənin icrasının peşəkarlığı, keyfiyyəti və sürəti bu seçimin düzgünlüyünü təsdiqləyib", - agentlik İlham Əliyevin sözlərini sitat gətirib.

Çin agentliyi Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən yazıb

Son xəbərlər