"Çukur"un çəkildiyi Balatda yanğın - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin məşhur "Çukur" serialı çəkilən İstanbulun Balat ərazisində yerləşən "Balat Oyuncaq Muzeyi"ndə naməlum səbəbdən yanğın baş verib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 05:00 radələrində Yavuz Sultan Səlim Məhəlləsində qeydə alınıb.
Əraziyə polis, xilasetmə və tibb qrupları cəlb edilib.
Yanğın səbəbindən muzey yararsız hala düşüb, binanın daxili hissəsində çökmələr baş verib.
Ölən və yaralananın olmadığı yanğın yanğınsöndürənlərin təxminən 1 saatlıq işindən sonra nəzarətə götürülüb və söndürülüb.
Yanğının başvermə səbəbləri araşdırılır.
Qalereya
Oxşar xəbərlər
İstanbulda qocalar evində yanğın olub - FOTO
Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda 115 nəfərin qaldığı ikimərtəbəli qocalar evində yanğın olub. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki,...