Çində sərnişin təyyarəsi yandı: Onlarla yaralı var - VİDEO

Çində sərnişin təyyarəsi yandı: Onlarla yaralı var - VİDEO
Video
Siyasət 103

"Tibet Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çunçin şəhərindəki "Jiangbei" beynəlxalq hava limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq alovlanıb.

BAKU.WS "RİA Novosti"yə istinadla xəbər verir ki, hadisə yerli vaxtla təxminən saat 8:00-da (Bakı vaxtı ilə ilə saat 3:00) baş verib.

Məlumata görə, təyyarədə 113 sərnişin və 9 ekipaj üzvü olduğu dəqiqləşib.

Yaralanan 40 nəfər xəstəxanaya çatdırılıb.

Ölənlər barədə məlumat verilmir.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Son xəbərlər