Çində koronavirus epidemiyası ilə əlaqədar 6 min 428 cinayət işi başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Çində yeni tip koronavirus (COVID-19) epidemiyası ilə əlaqədar prokurorluq orqanları tərəfindən 6 min 428 cinayət işi başlanılıb.
BAKU.WS-in məlumatına görə, 8 min 595 nəfər şübhəli şəxs qismində həmin cinayət işlərinə cəlb olunub. Onlardan 1826 nəfəri haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərar verilib.
Bildirilir ki, sözügedən cinayət işləri virusun yayılmasına qarşı qabaqlayıcı və nəzarət tədbirlərini pozmaq, dövlət qurumlarının işinə mane olmaq, saxta məhsullar istehsalı və satışı ilə bağlıdır. Bundan başqa, 605 cinayət işi vəhşi heyvanların ovlanması və satışı ilə əlaqədardır.
Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanan yeni tip koronavirusa (COVID-19) yoluxanların sayı 80 mini ötüb. Bu virus səbəbindən ölənlərin sayı isə 2 min 984 nəfərə çatıb.
Oxşar xəbərlər
Dünya Bankı koronavirusla bağlı 12 milyard dollar yardım ayırdı
Dünya Bankı yeni növ koronavirusa (COVID-19) qarşı mübarizə üçün inkişaf etməkdə olan ölkələrə 12 milyard dollar yardım ayırıb. BAKU.WS xəbər verir ki, bu barə...