Çeçenistan hökumətinin başçısı istefa verib
21
may
2024
20:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çeçenistan hökumətinin başçısı Müslüm Xuçiyev başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən istefa verib.
“Report” xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov öz teleqram kanalında paylaşım edib.
"Mən əminəm ki, yeni işində o, yüksək peşəkarlıq və ən yaxşı keyfiyyətlərini nümayiş etdirəcək", - Kadırov qeyd edib.
Paylaşımda İsa Tumxadjievin Çeçenistan hökumətinin başçısı vəzifəsini müvəqqəti icra etdiyi də vurğulanıb.
Oxşar xəbərlər
Kadırovun yüksək vəzifəyə təyin olunan 15 yaşlı oğlu barədə MARAQLI FAKTLAR - FOTO/VİDEO
Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov ötən gün yüksək vəzifəyə təyin olunub. BAKU.WS xəbər verir ki, Adam Kad...