Çeçenistan hökumətindən Azərbaycana dəstək - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Çeçenistanın Səhiyyə naziri Elxan Süleymanov Dağlıq Qarabağ uğrunda döyüşlərin getdiyi bir vaxtda Azərbaycan Respublikasına dəstək çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə o, "İnstagram" səhifəsində yazıb.
E.Süleymanov Azərbaycanda doğulub boya-başa çatdığını, uşaqlıq və gənclik illərini keçirdiyini və bu ölkənin çətin anlar yaşadığını diqqətə çatdırıb:
"Doğulduğum və böyüdüyüm, uşaqlığımı və gəncliyimi keçdiyim Azərbaycan! Sayəsində mənim mən olduğum ölkə (axı insanın mahiyyətini məhz tərbiyə və təhsil müəyyənləşdirir) çətin anları yaşayır. Münaqişənin əvvəlindən ailəmlə birlikdə ölkə sakinlərinin torpaq itkisinə, doğma ocaqlarını bir anda itirən yüz minlərlə qaçqının əzab-əziyyətlərinə acıdıq.
Bu, ümumi ağrımızdır və indi də belədir. Və bu gün məmləkətimə və ölkəmə dəstək sözlərimi ifadə etmək istəyirəm! Ədalət qalib gələcək! Çiçəklən, Azərbaycan!!!"
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...