Çayda dini ayin icra edən yalançı peyğəmbəri timsahlar parçaladı

Çayda dini ayin icra edən yalançı peyğəmbəri timsahlar parçaladı
Siyasət 3

Cənubi Afrika Respublikasında özünü peyğəmbər elan edən 48 yaşlı yalançı peyğəmbər vəftiz (suya batırma adlanır, su çiləməklə yox, tamamilə o suya girməklə vəftiz olunmaq olar) zamanı timsahların hücumu nəticəsində ölüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, çayında keçirilən vəftiz mərasimi zamanı timsahların hücumuna məruz qalıb.

Polis sözçüsü Malesela Ledvaba bildirib ki, axtarışlar nəticəsində "yalançı peyğəmbər"ə aid olduğu düşünülən bədən hissələri tapılıb.

Polis bölgədəki dini liderlərə və yerli sakinlərə xəbərdarlıq edib ki, çaylarda, dərələrdə və bəndlərdə dini mərasimlər keçirməsinlər.

Qeyd olunur ki, hər il Afrikada yüzlərlə insan yaşayış məntəqələrinə hücum edən vəhşi heyvanların hücumları nəticəsində həyatını itirir.

Son xəbərlər