Çavuşoğlu: “Səfirliyi müvəqqəti olaraq Xartumdan Port-Sudana köçürəcəyik”

Çavuşoğlu: “Səfirliyi müvəqqəti olaraq Xartumdan Port-Sudana köçürəcəyik”
Siyasət 29

Türkiyə hakimiyyəti Sudanda davam edən toqquşmalar səbəbindən səfirliyin Xartumdan Port-Sudana köçürülməsi təklifini qəbul edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

"Sudan tərəfi bizə səfirliyi Xartumdan Port-Sudana köçürməyi təklif edib, orada bizə yer ayıracaqlar. Səfirliyimizin yerləşdiyi ərazidə şiddətli toqquşmalar, küçə döyüşləri gedir. Diplomatik nümayəndəliyi müvəqqəti Port-Sudana köçürmək qərarına gəlmişik”, - o deyib.

Son xəbərlər