Çavuşoğlu: “Azərbaycanın azad edilmiş ərazilərdə uğurla apardığı yenidənqurma işlərinin şahidiyik”
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir neçə gün əvvəl Azərbaycanda idik. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə uğurla apardığı yenidənqurma işlərinin şahidi olduq".
BAKU.WS xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Zəngilan hava limanının açılışını etdik. Dəmir yolu layihələrinin təməlini qoyduq", - deyə Türkiyəli nazir bildirib.
Qeyd edək ki, oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Mərasimə Türkiyənin dövlət və hökumət rəsmiləri də qatılıb.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...