Çanaqqalada şiddətli meşə yanğınları hələ də davam edir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Çanaqqala şəhərində şiddətli meşə yanğınları davam edir.
BAKU.WS xəbər verir ki, son məlumata görə, yanğın təxminən 1500 hektar əraziyə təsir edib.
Bundan başqa, yanğınlar nəticəsində ümumilikdə 83 nəfər zərər çəkib.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocanın sözlərinə görə, zərərçəkənlərdən 14-ü hadisə yerinə təyin edilmiş təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb, 48 nəfər isə ambulator qaydada tibbi yardım göstərilib. Bundan başqa, 21 nəfərin təcili yardım maşınları ilə ambulator müayinəsi aparılıb.
F.Qoca əlavə edib ki, əyalət üzrə 74 təcili yardım maşını, 4 UMKE maşını (Milli Tibbi Xilasetmə Qrupları-red.) və 32 xidmət maşını sürücüləri ilə birlikdə hadisə yerinə təyin edilib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...