Çağla Şıkelin 800 kvadratmetrlik 9 otaqlı malikanəsi - FOTO
Son zamanlar tez-tez şəxsi həyatı ilə gündəmə gələn məşhur model Çağla Şıkel geniş və lüks evi ilə diqqət çəkib.
![]()
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, model 800 kvadratmetrlik lüks malikanəsində iki oğlu ilə yaşayır.
4 mərtəbəli villa 9 otaqdan ibarətdir.
Mənzilin birinci mərtəbəsində böyük qonaq otağı, mətbəx, istirahət otağı var.
Evin ən son mərtəbəsində geniş vanna otağı və yataq otağı var.
Model lüks evinin həyətini və qarajını əyləncə zonası kimi düzəltdirib.
İkinci mərtəbədə modelin oğullarının yataq otaqları yerləşir.
Xatırladaq ki, Çağla Şıkel 2008-ci ildə müğənni və aktyor Emre Altuğla ailə qurub. Onların bu evlilikdə iki övladı dünyaya gəlib. Cütlük 2015-ci ildə həyat yollarını ayırıb.
8 il boyunca sevgilisi olmayan Şıkel daha sonra vəkil Nail Gönenli ilə eşq yaşamağa başlamışdı. Lakin Şıkelin bu xoşbəxtliyi də uzun müddət davam etmədi və onlar ayrıldılar.
Oxşar xəbərlər
Azərbaycanəsilli aparıcı canlı yayımda zəlzələyə yaxalandı - VİDEO
Məşhur azərbaycanəsilli aparıcı və model Çağla Şıkel ötən gün Türkiyədə baş verən zəlzələ zamanı canlı efirdə olub. BAKU.WS xəbər verir ki, həftə içi hər gün pr...