Ceyhun Bayramovla Türk Şurasının baş katibi arasında telefon danışığı oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramovla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev arasında telefon danışığı olub.
XİN-dən BAKU.WS-ə verilən məlumata görə, tərəflər Azərbaycanın Türk Şurası ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın qarşıdan gələn görüş və tədbirləri üzrə fikir mübadiləsi aparıblar.
Türk Şurasına üzv ölkələrin bu ilin payızında keçiriləcək Zirvə görüşünə hazırlıq məqsədilə keçiriləcək görüşlər, o cümlədən yüksək səviyyəli nümayəndələr komitəsinin toplantısı və xarici işlər nazirlərinin görüşü müzakirə olunub.
Tərəflər, həmçinin təşkilatın gələcək inkişafı məsələləri ətrafında müzakirələr aparıblar.
Oxşar xəbərlər
İlham Əliyev bir sıra görüşlər keçirdi - FOTO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Bor...