Ceyhun Bayramov XİN-in kollektivinə təqdim olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə iyulun 16-da Xarici İşlər naziri təyin edilən Ceyhun Bayramov nazirliyin kollektivinə təqdim olunub.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, naziri kollektivə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təqdim edib.
O, yeni nazir Ceyhun Bayramov haqqında kollektivə məlumat verib və bu təyinatın Prezidentin xarici siyasətdə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində mühüm rol oynayacağına ümid etdiyini deyib.
C.Bayramov da öz növbəsində bu işin öhdəsindən layiqincə gələcəyinə söz verib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...