Ceyhun Bayramov və Hakan Fidan Zəngəzur dəhlizinin açılmasını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
“Həmkarım Hakan Fidanla bugünkü görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik”.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması vacibdir və mühüm əhəmiyyət kəsb edir: “Ermənistan öhdəliklərinə zidd olaraq hələ də hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmır, Zəngəzur dəhlizini açmır. Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkmir”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...