Ceyhun Bayramov Ukraynaya başsağlığı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov hərbi təyyarə qəzasında həyatını itirənlərlə bağlı Ukrayna dövlətinə başsağlığı verib.
Bu barədə Bayramov “Twitter” səhifəsində yazıb.
“Xarkovda faciəvi hərbi təyyarə qəzasında həlak olanlarla bağlı dərin təəssüf hissi keçiririk. Həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzu edirik. Ukrayna hökumətinə və xalqına dəstək və həmrəyliyimizi bildiririk”, - deyə mətndə qeyd olunur.
Xatırladaq ki, ötən gecə Ukraynanın Xarkov şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 25 nəfər həyatını itirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...