Ceyhun Bayramov: “Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk”
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk”.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Prezident Kitabxanasının qurulmasının 30 illiyinə həsr edilən tədbirdə bildirib.
“Qardaş dövlətin brendinin “Türkiye” olaraq dəyişdirilməsi ilə bağlı təbriklərimi çatdırıram. Bu brend qardaş ölkənin ən yaxşı şəkildə təqdim olunmasıdır. Bu il biz Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin bərpa edilməsinin 30 illiyinin qeyd edirik. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Türkiyə olub. Əlaqələrimiz strateji müttəfiqlik səviyyəsinədək yüksəlib. Türkiyənin Azərbaycana beynəlxalq hüquqa əsaslanan dəstəyini yüksək qiymətləndiririk. Bu, 44 günlük Vətən müharibəsi zamanı da özünü göstərdi”, - o deyib.
C.Bayramov Türkiyə ilə Azərbaycanın birgə iştirak etdiyi layihələrdən də danışıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...