Ceyhun Bayramov Şimali Kiprdən olan həmkarı ilə TDT çərçivəsində əməkdaşlığı müzakirə edib
02
mar
2024
22:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.
Bu barədə Ceyhun Bayramov "X" səhifəsində paylaşım edib.
"Şimali Kiprdən olan həmkarımla görüşməkdən məmnunam. Biz Türk Dövlətləri Təşkilatını əməkdaşlığın inkişafı üçün effektiv platforma kimi qeyd etdik", - paylaşımda deyilir.
Oxşar xəbərlər
Türk dünyasında sarsılmaz birliyə doğru - Naxçıvandan başlayan missiya uğurla davam etdirilir
Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçiriləcək. Yubiley Zirvə görü...