Ceyhun Bayramov Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Tədbirində iştirak edəcək

Ceyhun Bayramov Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Tədbirində iştirak edəcək
Siyasət 41

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Tədbirində iştirak etmək məqsədi ilə Belqrad şəhərinə yola düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi xəbər yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin Serbiya Respublikasının xarici işlər naziri və digər rəsmilər ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər