Ceyhun Bayramov: “İranın XİN başçısının Prezident İlham Əliyevlə görüşünü müsbət qiymətləndiririk”
Yeniliklərdən dərhal xəbərdar olun
"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölkəmizə səfərini, xüsusilə Prezident İlham Əliyevlə görüşünü müsbət qiymətləndiririk".
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Son zamanlar iki ölkə arasında münasibətlərdə ciddi gərginliklərin yaşandığını bildirən nazir qeyd edib ki, bunun çox ciddi səbəbləri var idi:
“İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Prezident İlham Əliyevlə görüşü zamanı münasibətləri açıq şəkildə müzakirə etmək imkanı oldu. İranın iki ölkə arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün ciddi addım atmaq niyyətini görürük və hiss edirik. Belə olan təqdirdə, Azərbaycan tərəfi də adekvat addımlar atacaq”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...