Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə əməkdaşlıq gündəliyində duran məsələləri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.
Bu barədə BAKU.WS-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, C.Bayramov həmkarı Baxtiyor Saidovu yenidən xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində davamlı uğurlar arzulayıb.
Nazirlər iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq gündəliyində duran məsələləri, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.
Telefon danışığında, həmçinin beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalanıb
Azərbaycan Müdafiə Nazirliyi ilə Özbəkistan Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb. Bu barədə BAKU.WS-ə Müdafiə...