Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb - YENİLƏNİB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında fəxri qonaq qismində iştirak edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Bildirilib ki, nazir regionlararası əlaqələrin, qardaş ölkələr arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
“Regionlarımız arasında daha möhkəm tərəfdaşlığa doğru addımların atılmasına zəmin yaradan bu strateji dialoqa etimad və öhdəlik ifadə olunub”, - məlumatda qeyd olunub.
***10:47
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilk dəfə olaraq Özbəkistanda baş tutan “Mərkəzi Asiya – Körfəz Əməkdaşlıq Şurası” Strateji Dialoq Toplantısında fəxri qonaq qismində iştirak edir.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X"də yazıb.
"Ölkələrimiz arasında çox işlər görülüb və bundan sonra da görüləcək",- o qeyd edib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...