Ceyhun Bayramov Fransa prezidentliyinə namizədin Qarabağa qanunsuz səfərindən danışdı

Ceyhun Bayramov Fransa prezidentliyinə namizədin Qarabağa qanunsuz səfərindən danışdı
Siyasət 107

Fransa prezidentliyinə namizəd Valeri Pekresin Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə qanunsuz səfəri ilə bağlı Fransanın müvəqqəti işlər vəkili XİN-ə dəvət edilib, etiraz bildirilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasəti sahəsində ilin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı deyib.

Nazirin sözlərinə görə, bunu da başa düşməliyik ki, bunların çoxu Fransa daxili siyasətinin gündəliyi ilə bağlıdır.

"Hazırkı Prezident Emmanuel Makrona rəqib olanların atdığı addımlardır. Bu, Fransada prezident seçkiləri öncəsi bu ölkədəki erməni əsilli vətəndaşların səslərini qazanmaq niyyəti ilə bağlıdır. Qanunsuz səfər zamanı Valeri Pekrezi müşayiət edən Fransanın keçmiş rəsmiləri və Avropa İttifaqının (Aİ) keçmiş rəsmisi də vardı. Onların da Azərbaycan XİN-in “qara siyahı”sına daxil edilməsi nəzərdə tutulub. Kim bizə uyğun olmayan mesajlar verəcəksə, onlara uyğun cavab verəcəyik. Əməkdaşlıq mesajına da eyni qaydada cavab veriləcək”, - deyə nazir qeyd edib.

Son xəbərlər