Ceyhun Bayramov: “Ermənistanla diplomatik əlaqələrin bərpası üçün əlimizdən gələni edirik”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan xalqı məğlubiyyətdən sonra kədər içindədir”.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində deyib.
“Biz Ermənistana qarşı müsbət addımlar atmağa, səmimi olmağa çalışdıq. Əlbəttə, bu istiqamətdə Türkiyə-Ermənistan əlaqələrinin normallaşması da xüsusi əhəmiyyətə malikdir. Biz diplomatik əlaqələrin bərpası üçün əlimizdən gələni edirik. Qonşuluq əlaqələri regional əməkdaşlıq baxımından çox əhəmiyyətlidir”, - nazir vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...