Ceyhun Bayramov: “Ermənistanın təxribatları cavabsız qalmayacaq və ən sərt formada cavablandırılacaq”
Yeniliklərdən dərhal xəbərdar olun
“Hər kəs, ilk növbədə, Ermənistan başa düşməlidir ki, heç bir təxribat cavabsız qalmayacaq və ən sərt formada cavablandırılacaq”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təxribatların törədilməsinin istənilən prosesə, görüşə və ya ümumilikdə danışıqlara yalnız mənfi təsiri ola bilər.
“Çünki onlar sülhə mənfi təsir göstərir, daha çox gərginlik yaradır. Azərbaycanın mövqeyi birmənalıdır.
Azərbaycanın çağırışı Ermənistanı bu təxribatlardan çəkindirməkdir. Azərbaycan əsgərinə qarşı olan hər hansı bir təxribat ən sərt formada cavablandırılacaq.
Bu addım təxribatı düşünənlərə və onu həyata keçirənlərə xeyir verməz”, - nazir qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...