Ceyhun Bayramov: "Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır"
12
dek
2021
11:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"İndiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin xəritələrin dəqiqliyi təxminən 25 faizdir.
"Ermənistan tərəfindən təqdim olunan yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da acı faciələrin qarşısını ala bilərik", - XİN başçısı vurğulayıb.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...