Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq"

Ceyhun Bayramov: Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq
Siyasət 48

"Azərbaycanı Naxşıvanla birləşdirən daha bir alternativ var".

BAKU.WS “trt haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir onu da qeyd edib ki, Azərbaycan ərazisində Ermənistanla sərhədə qədər olan quru və dəmir yollarının tikintisi uğurla davam etdirilir. 2023-də bu işlərin tamamlanacağı istisna edilmir:

“Ermənistan istəsə də, istəməsə də, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında alternativ kommunikasiyaların yaradılması baş tutacaq. Sadəcə regional əməkdaşlıqdan kənarda qalmamaq üçün indi Ermənistana növbəti şans verilib. Qərarı isə özü verəcək. Hesab edirik ki, İrəvan düzgün qərar qəbul etməsə, ən böyük zərər özlərinə dəyəcək”, - deyə nazir bildirib.

Son xəbərlər