Ceyhun Bayramov Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb.
BAKU.WS Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, münasibətlərin perspektivləri müzakirə olunub, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq və biznes əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd olunub.
Nazirlər cari ildə ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparıblar.
Həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.
C.Bayramov post-münaqişə dövründə regionda mövcud olan vəziyyət, həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yarandığını qeyd edən nazir, bunun üçün ilk növbədə beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.
Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...