Çexiya XİN: Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqazda firavanlığa yol açır
Çexiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanmasını dəstəkləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qurumun "X" səhifəsində yazılıb.
"Biz hər iki tərəfin sülhə nail olmaq səylərini, eləcə də ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndiririk. Ümid edirik ki, bu addım Cənubi Qafqazda gələcək əməkdaşlığa və firavanlığa yol açacaq", - paylaşımda deyilir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri avqustun 8-də Vaşinqtonda "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişi paraflayıblar.
Oxşar xəbərlər
Prezidentin köməkçisi: Azərbaycan və Meksika arasında sıx tərəfdaşlıq üçün böyük imkanlar var
Azərbaycan və Meksika arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq və sıx tərəfdaşlıq üçün böyük imkanlar var. BAKU.WS xəbər verir ki, bunu Azə...