Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi "L-39NG" təklif edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
Baş nazir qeyd edib ki, əgər Azərbaycan bunu dəyərləndirsə Çexiya tərəfi çox şad olar:
"Aero Vodoxodı" şirkəti köhnəlmiş "L-39" təyyarələrinə de-fakto xidmət göstərir və təmir edir. Əlbəttə, biz yeni "L-39NG" təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq".
A.Babiş xatırladıb ki, "Kolt" şirkəti, sözün əsl mənasında, mühüm beynəlxalq şirkətdir və o, bütün dünyaya əla məhsullarını təchiz edir:
"Şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır".
O bildirib ki, səfərə ən mühüm Çex şirkətlərinin nümayəndələri gəlib və bütövlükdə nümayəndə heyətində 50 şirkət təmsil olunub:
"Əlbəttə ki, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var. "ŞKODA Daşımalar" ölkəmizin, bəlkə də ən iri iqtisadi "PPF Qrupu"nun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərinizlə əməkdaşlıq etmək və təbii ki, Sizin insanlarınızla işləməyə hazırdır".
Oxşar xəbərlər
Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib
Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan Prezidenti İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ba...