Cənazə mərasimi üçün yola çıxanlar dəhşətli qəzaya düşdü - 4 ölü, 2 yaralı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə, Kayseri-Malatya yolunun 30-cu kilometrində cənazə mərasimi üçün Ərzurumdan Konyaya gedən sürücünün sükan idarəetməsini itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb.
BAKU.WS Türkiyə KiV-ə istinadən xəbər verir ki, nəticədə avtomobildə olan 6 nəfər yaralanıb.
Bölgəyə çox sayda təcili yardım, polis və jandarma qrupları sövq edilib.
İlkin tibbi müdaxilələrdən sonra 4 nəfər hadisə yerində həyatını itirib.
Digər iki yaralı isə xəstəxanaya çatdırılıb.
Jandarma qrupları da qəza yerində araşdırma aparıb. Həyatını itirənlərin cəsədləri müayinədən sonra morqa aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Qalereya
Oxşar xəbərlər
“Əsrin fəlakəti”ndən bir il ötür - FOTO
Türkiyədə həyatın saat 04.17 radələrində durduğu vaxt... BAKU.WS xatırladır ki, Türkiyədə 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraş olan və 11 vilayətdə baş v...