Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib
28
noy
2023
19:56
Qarabağdakı separatçı rejimin “Müdafiə Ordusunun” keçmiş komandanı Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, o, xidməti səhlənkarlıqda ittiham olunur.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra C.Arutyunyana qarşı cinayət işi açılmışdı.
İttihama görə, 12 oktyabr 2020-ci il tarixində elan olunmuş hərbi vəziyyət zamanı "Müdafiə Ordusunun komandanı", general-leytenant rütbəsi ilə dövlət qulluqçusu olan Cəlal Arutyunyan xidmətə səhlənkar münasibət göstərib və bu səhlənkarlıq ağır nəticələrə səbəb olub.
Oxşar xəbərlər
Riyakarlığın pik həddi - “Kaspi”nin TƏHLİLİ
Bir günlük antiterror tədbirlərindən sonra ABŞ-nin Azərbaycana qarşı təzyiq kampaniyası yeni mərhələyə keçib. Konqresdəki son dinləmələrdə çıxış edən ABŞ dövlət...