Cəbrayılda Şərq çinarları əkilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Növbəti ağacəkmə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşlarının iştirakı ilə Cəbrayıl şəhəri ərazisində keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov BAKU.WS-ə bildirib ki, keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla Şərq çinarları əkilib.
“Qeyd edim ki, payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam, Zəngilan və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlif cinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib. Respublikanın bütün bölgələrində əkin-bərpa işləri davam edir”, - deyə xidmət rəsmisi əlavə edib.
Qalereya
Oxşar xəbərlər
Zəngilanda növbəti ağacəkmə tədbiri keçirilib - FOTO
Növbəti ağacəkmə işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndi ərazisində keçirilib. BAKU.WS xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəis müavini M...