İcbari tibbi sığortanın Xidmət Zərfində dəyişikliklər olacaq - Bu əməliyyatlar əlavə edilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
“İcbari tibbi sığorta 2021-ci ildən ölkə ərazisində tam tətbiq edilir. 2023-cü ildə dövlət büdcəsindən icbari tibbi sığorta üçün 1 milyard 263 milyon manat ayrılması nəzərdə tutulur”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, icbari tibbi sığorta üzrə Xidmət Zərfində bir sıra dəyişikliklər nəzərdə tutulur.
“Bura oftalmoloji əməliyyatlar, orqan köçürmələri, ürək-damar əməliyyatlarının keçirilməsi və protezləşdirilməsinin artırılması daxildir. Amma bütün bunlar limitli şəkildə olmalıdır. Biz aidiyyəti qurumlara təkliflər vermişik və onlardan müvafiq cavablar gözləyirik”, - deyə Zaur Əliyev əlavə edib.
Zaur Əliyev bildirib ki, 2023-cü il üçün Agentliyinin gəlirləri 2,4 milyard manat məbləğində proqnozlaşdırılır.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...