CAR-da daşqınlar nəticəsində 22 nəfər ölüb
04
iyn
2024
22:41
Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 22 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
İnsan itkisi KvaZulu-Natal və Şərqi Keyp əyalətlərində qeydə alınıb. 50-dən çox sakin yaralanıb.
Bundan əvvəl 18 nəfərin öldüyü bildirilirdi.
Daşqınlar başlayandan 2 mindən çox insan yüksək riskli ərazilərdən təxliyə edilib.
Oxşar xəbərlər
Makron Fransa hökumətində dəyişikliklərlə bağlı iclas keçirəcək
Fransa Prezidenti Emmanuel Makron hökumətdə dəyişikliklərlə bağlı iclas keçirəcək. "Report" xəbər verir ki, bu barədə "Agence France Presse" (AFP) məlumat yayıb...