“Caliber”: “Rusiya Ukrayna müharibəsinə cəlb etmək istədiyi muzdluları hardan gətirəcək?” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Caliber”in növbəti buraxılışı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Vladimir Putinin Ukraynada davam edən hərbi əməliyyatlara xaricdən döyüşçülərin cəlb edilməsinə “yaşıl işıq” yandırmasına həsr edilib.
Videosüjetdə qeyd olunur ki, Rusiya Ukraynadakı müharibə səhnəsinə Suriya prezidenti Bəşər Əsədə loyal hərbi birləşmələri cəlb edə bilər. Bu faktı isə öz növbəsində münaqişənin gərginləşməsinin növbəti fazası hesab etmək olar.
Video təhlildə Rusiyanın suriyalı hərbçiləri Ukraynadakı hərbi əməliyyatlara cəlb etməsi istiqamətindəki çətinliklərə toxunulur, Türkiyənin istər hava, istərsə də dəniz yolu ilə Rusiyanın bu planına ciddi maneə törətmək imkanları vurğulanır.
Təhlildə həmçinin Rusiya ordusunun əməliyyatlarında baş verən ləngimələr, Ukrayna səmasının bağlanması ətrafında cərəyan edən qeyri-müəyyənliyə toxunulub.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...