“Caliber”: Ermənilər Qarabağda sülhməramlıları necə yandırmağa çalışdı?
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 22-də Azərbaycanın işğaldan azad olunan Ağdam rayonunun ərazisində yanğın baş verib. Yanğın qısa zamanda söndürülüb, xəsarət alan olmayıb.
Bu barədə “Caliber” “Telegram” kanalında qeyd olunub.
“Ancaq yanğını müşahidə edən erməni tərəfi fürsətdən istifadə edərək növbəti dəfə təxribata əl atmağa çalışıb. Beləliklə, “ağıllı” ermənilər Xocalı rayonu ərazisində yerləşən otlaq sahəsini yandırmaqdan daha yaxşı bir şey fikirləşə bilməyiblər. Onlar bunu edərkən yanğının daha sonra Azərbaycan ordusu bölmələrinin istiqamətində yayılacağını fikirləşiblər.
Lakin “ixtiraçı” qonşularımız küləyin istiqaməti kimi elementar bir məqamı nəzərə almayıblar. Külək yanğını sülhməramlıların nəzarətindəki ərazilərə istiqamətləndirib. Nəticədə otlaq sahəsi və ferma yanıb”, - deyə “Caliber” qeyd edib.
Oxşar xəbərlər
Bir qrup hərbi qulluqçu “Vətən uğrunda” medalı ilə təltif edildi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqındasərəncam imzalayıb....