Cahit Bağçı Xocalı qurbanlarını şeirlə andı: “Sizdəki yaranın özü bizdədir!” - FOTO

Cahit Bağçı Xocalı qurbanlarını şeirlə andı: “Sizdəki yaranın özü bizdədir!” - FOTO
Siyasət 26

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib.

Oxu.Az-ın məlumatına görə, səfir jurnalistlərə açıqlamasında qeyd edib ki, Xocalı insanlığa sığmayan cinayətdir:

“Biz sevinc və kədəri eyni yaşayan millətin övladlarıyıq. 1915-ci il Çanaqqala cəbhəsində və ardından 1918-ci ildə bolşevik işğalına qarşı Qafqaz İslam ordusu daxilində bütün Azərbaycan və Qafqaz regionunda sülh və əmin-amanlıq uğrunda çiyin-çiyinə mübarizə apardıq, birgə şəhid olduq. Bu gün şəhidlərimizin qəbirləri Çanaqqala Geliboluda və Bakıda yan-yanadır.

Türk millətinin ən ağır faciələrindən biri də Xocalıdır. Qarabağın ermənilər tərəfindən işğalı ilə qətliamlar, yüz minlərlə qardaşımızın yurd yuvalarından didərgin düşmələri bizim də kədərimiz olub. Xocalı qətliamı insanlığa sığmayan cinayətdir”.

Səfir türkiyəli şair Abdurrahim Karakoçun Xocalı faciəsi ilə bağlı şeirini “Ana harayı” abidəsinin önündə səsləndirib:

“Bahtına ağlayan azeri kızıSen Karabağ dersin,Ben karayazı Boşlukta çırpınır Türk’ün avazıSanma ki, dertlerin azı bizdedir, sizdeki yaranın özü bizdedir…

“Gəl qardaş” diyorsun gelecek yol yokŞehitler kabrine koyacak gül yokÇilesiz saat yok, kavgasız yıl yokKurşunlar sizdedir, sızı bizdedir

Böyle geldi, böyle gitmez bu oyunUmdukları gibi bitmez bu oyunMazlumun ekmeği, tuzu bizdedirSizdeki yaranın özü bizdedir!”

Son xəbərlər