Burnu çürüyən qız həkimdən 1 milyon təzminat tələb edir - FOTO

Burnu çürüyən qız həkimdən 1 milyon təzminat tələb edir - FOTO
Siyasət 1

Türkiyədə Gülizar Aras adlı gənc qız plastik əməliyyat qurbanı olub.

BAKU.WS xəbər verir ki, o 2021-ci ildə 500 avro müqablində burnunu əməliyyat etdirib.

6 ay sonra bununun ucu çöküb. O burnunu iki dəfə də əməliyyat etdirib. Lakin burnu hər əməliyyatdan sonra bir az daha da çöküb.

Turizm sahəsində çalışan gənc qız bu səbəblə işindən ayrılıb və toyunu təxirə salıb.

Burnu çürüyən qız həkimdən 1 milyon təzminat tələb edir - FOTO

O bu plastik əməliyyatı reallaşdıran həkimi məhkəməyə verərək ondan 1 milyon lirə (təxminən 53 min 200 AZN) tələb edib.

"İkinci əməliyyat olanda sol burunumda çökmə baş verdi. Son əməliyyatımı 2022-ci ilin sentyabrında etdirdim. Toyumu təxirə salmalı oldum. Evlənməkdən imtina etdim. İşləyə bilmədim. Həyat işığımı söndürdülər. Həyatım tamamilə qaraldı".

O burnunu düzəltməsi üçün başqa bir plastik-cərrahla danışıb. Həkim ona bu əməliyyatın 1 milyon lirəyə başa gələcəyini deyib:

"Burnuma bu vəziyyətdə estetik müdaxilə mümkün deyil. Gərək əməliyyat etdirim. Həkim isə əməliyyat üçün 1 milyon lirə pul tələb edir. Bu müddət ərzində pulum qalmadı. İşləyə bilmirəm. İş üçün müraciət edəndə xarici görünüşümə baxırlar. İşə götürmürlər".

Son xəbərlər