Bu tavaların istifadəsi qadağan oluna bilər - SƏBƏB

Bu tavaların istifadəsi qadağan oluna bilər - SƏBƏB
Siyasət 5

Fransada teflon örtüklü tavaların (yeməyə kanserogen maddələr ötürən tavalar) istifadəsi qadağan ediləcək.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, yemək qızartmaq üçün istifadə edilən bu əşyaların artıq satışını və istehsalını qadağan edən qanun layihəsi hazırlanıb.

Layihə sabah parlamentdə səsverməyə qoyulacaq.

Bu qanun layihəsi fransalı millətvəkili Nicolas Thierry tərəfindən irəli sürülüb. Əgər qəbul olunarsa Fransada teflon ötüklü tavalar satışdan yığışdırılacaq və istifadəsi qadağan ediləcək.

Bu tavaların tərkibindəki maddələr topraqda, suda, qidada və insan bədənində yığılaraq "sonsuz sayda çirkli maddə" əmələ gətirir. Bu molekullar bəzi mütəxəssislər tərəfindən "21-ci əsrin ən təhlükəli kimyəvi təhdidi" olaraq bilinir.

Son xəbərlər