Bu şirkət uşaq dünyaya gətirəcək hər işçisinə 75 min dollar pul ödəyəcəyini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreya şirkəti ölkədə aşağı doğum səviyyəsi ilə mübarizə aparmaq üçün işçilərinə hər dəfə uşaq dünyaya gətirdiklərində 75 min dollar verəcəyini açıqlayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Seulda yerləşən “Booyoung Group” adlı tikinti şirkətinin nümayəndəsi keçirilən mətbuat konfransında bildirib.
Şirkət həmçinin əlavə edib ki, 2021-ci ildən bəri ümumilikdə 70 uşaq dünyaya gətirən işçilərə ümumilikdə 7 milyard Koreya vonu və ya 5,25 milyon dollar pul ödəyəcək.
Hökumət tikinti üçün torpaq sahəsi təmin edərsə, üç körpəsi olan işçilərə 300 milyon Koreya vonu və ya 225.000 ABŞ dolları məbləğində nağd pul və ya kirayə ev almaq arasında seçim hüququ veriləcək.
Rəsmi məlumatlara görə, Cənubi Koreya hazırda dünyada ən aşağı doğum səviyyəsinə malikdir. Mütəxəssislərin proqnozlarına görə, bu nisbətin 2025-ci ilə qədər daha da azalacağı gözlənilir.
"Ümid edirəm ki, biz doğumların təşviqinə və ölkənin gələcəyi ilə bağlı narahatlıqlara töhfə verən bir şirkət kimi tanınacağıq", - deyə şirkətin mövzu ilə bağlı açıqlamasında qeyd olunub.
Oxşar xəbərlər
2023-cü ildə sərvətlərini artıran varlılar
2023-cü ildə sərvətlərini artıran zəngin iş adamlarının siyahısı açıqlanıb. İlon Mask 2023-cü ildə sərvətlərini ən çox artıran zəngin insanlar siyahısında birin...