Bu şəkil Türkiyədə gündəm olub - “Bir fotoda 4 şəhid” - FOTO

Bu şəkil Türkiyədə gündəm olub - “Bir fotoda 4 şəhid” - FOTO
Siyasət 1

Dekabrın 22-də İraqın Şimalında terrorçuların həyata keçirdiyi xain hücumda şəhid olan 6 qəhrəman Türk əsgərindən geriyə ürəkağrıdan hekayələr qalıb.

BAKU.WS Sabah.com.tr-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə şəhidlərlə bağlı paylaşımlar edilib. Diqqət çəkən bir foto var ki, burada eyni şəkildə 4 şəhid yer alıb.

Yaxın zamanda çəkildiyi ehtimal olunan foto “kutluturktc” adlı İnstaqram hesabında paylaşılıb.

Bu şəkil Türkiyədə gündəm olub - “Bir fotoda 4 şəhid” - FOTO

Fotoda şəhidlər Leytenant Ramazan Günay, Piyada (yerüstü döyüşlərdə iştirak edən hərbi qulluqçuların ixtisası) Mütəxəssisi Onbaşı İsmayıl Yazıcı, Müqaviləli Piyada Əsgər Yasin Karaca və Müqaviləli Piyada Əsgər Emre Taşkın bir masada yemək yeyərkən görünür. “Mehmetçik”lərin “Bir fotoşəkil 4 şəhid” qeydi ilə paylaşılan yemək fotosunda “Ey türk övladı, sənin və yurdun üçün canından keçən böyük şəhidlərini unutma” mesajı da yer alıb.

Son xəbərlər