Bu ölkə Navalnıya görə Rusiyaya sanksiya tətbiq edəcək
03
mar
2024
22:55
“Kanada Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir”.
Bunu ölkənin xarici işlər naziri Melani Coli deyib.
Qeyd olunur ki, altı Rusiya rəsmisinə qarşı sanksiyalar tətbiq olunacaq. Bunlara “yüksək vəzifəli məmurlar və Rusiya prokurorluğunun, məhkəmə orqanlarının və islah müəssisələrinin əməkdaşları” daxildir.
Navalnının ölümü ilə əlaqədar artıq ABŞ, Böyük Britaniya və Avstraliya Rusiya Federasiyasına qarşı məhdudiyyətlər tətbiq edib. Rusiya səfiri Oleq Stepanov fevral ayında Kanada Xarici İşlər Nazirliyinə çağırılıb və qınanılıb.//Oxu.az
Oxşar xəbərlər
14 dövlətin kraliçası II Elizabet müharibədə də iştirak edibmiş... - Ülyahəzrət haqqında maraqlı faktlar
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, Elizabet Aleksandra Mariya Vindzor Böyük...